Qadın futbolçulardan ibarət komandalar arasında “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Türkiyə qarşılaşmasından sonra millimizin baş məşqçisi Siyasət Əsgərov matçla bağlı danışıb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, fikirlərini diqqətinizə çatdırırıq:
"İlk oyunu təhlil edib səhvlərimizi müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. 60 dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.
Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə iki dəfə olmaqla hazırlıq mərhələsi keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır".
saytlarin hazirlanmasi