Azərbaycanəsilli futbolçu Ayaz Quliyev “Ximki”nin Rusiya Premyer Liqasından düşəcəyi təqdirdə, komandada qalıb-qalmayacağı barədə danışıb.
Sportal.az “Sport24.ru”ya istinadən xəbər verir ki, AFFA-nın milli komandamıza cəlb etmək istədiyi yarımmüdafiəçi "Ximki"nin Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inandığını deyib:
“Ximki” aşağı liqaya düşəcəyi təqdirdə komandada qalmağa razılıq verəcəm? Bu barədə indidən nəsə demək çətindir. Sizcə, mən indi bu haqda düşünürəm? Heç bir fikir yox idi. Bir ay gözləyək. Daha sonra nəyəsə cavab verə biləcəm. Hər halda, biz Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq. Turnir cədvəlindəki əsas rəqiblərimizlə oyunlarımız qalıb. Prinsipcə, vəziyyət hələ də düzəldilə bilər. Buna ümid edirik".
Xatırladaq ki, AFFA-nın milli komandamıza cəlb etmək istədiyi Ayazın həm də "Neftçi"yə keçidi gündəmdədir.
26 yaşlı futbolçunun "Ximki" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi