"Mançester Yunayted" "Sevilya" önünə onsuz çıxacaq

14:44 - 12 Aprel 2023

İngiltərə Premyer Liqasının 30-cu turunun “Everton”la görüşündə (2:0) zədələnən “Mançester Yunayted”in hücumçusu Markus Reşford durumuna aydınlıq gəlib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis hücumçu əzələsini dartdığından Avropa Liqasının 1/4 final mərhələsinin “Sevilya” ilə ilk görüşündə komandasına kömək etməyəcək.

Forvardın "Sevilya" ilə görüşdən sonra Premyer Liqanın iki turunda da meydanda olmayacağı bildirilir. 

Xəbər xətti