Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun ilk iki matçında Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərini dəfə şərh edib.
Sportal.az "radiomarte.it" portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçular arasında səviyyə fərqini qabardıb:
"Qrupdakı ilk iki matçda kifayət qədər yaxşı oynayaraq Avstriya və İsveçə uduzduq. Amma hər şeyi oyunçuların səviyyə fərqi həll etdi. Onların futbolçuları İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayır. Mən uduzmağa nifrət edirəm. Amma bundan qaçmaq mümkün deyil”