Mourinyo bu klublara görə "Roma"nı tərk etməyə hazırdı

17:18 - 12 Aprel 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo paytaxt klubunu tərk edə bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iki klubdan təklif alacağı təqdirdə İtaliyadan getməyə hazırdır. Bunlar PSJ və "Çelsi"dir. Məlumatı "Mercato" nəşri yayıb. 60 yaşlı mütəxəssis yayda gələcək təklifləri dəyərləndirmək qərarı verib.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır. Portuqaliyalı mütəxəssisin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti