AFFA Canni De Byazini postunda saxladı

13:14 - 13 Aprel 2023

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı dinlənilib.

İtaliyalı mütəxəssis Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərlə bağlı hesabat verib. De Byazinin çıxışından sonra onu gələcəyi ilə bağlı qərar verilib. İcraiyyə Komitəsi 66 yaşlı məşqçini postunda saxlamaq qərarı qəbul edib.

Qeyd edək ki, Canni De Byazinin müqaviləsi bu ilin 30 noyabr tarixinədək nəzərdə tutulub.

Xəbər xətti