"Mən olsaydım, De Byazini baş məşqçi postundan göndərərdim"

17:17 - 13 Aprel 2023

Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına açıqlama verib.

O, AFFA-nın Canni De Byazini milli komandanın baş məşqçi postunda saxlamasını şərh edib:

“Bəli, eşitdim ki, Canni De Byazi postunda qalıb. Hazırkı durumda yəqin fikirləşiblər ki, kim gəlsin, kim getsin, həngamədir. Amma böyük ehtimalla bu gedişlə postundan göndərəcəklər. Şəxsən mən olsaydım, Canni De Byazini postundan göndərərdim. Bu cür məğlubiyyətlərdən sonra onu belə göndərmək lazım idi ki, getsin işi ilə məşğul olsun. Nə qədər yaxşı oynayırsan-oyna, belə uduzmaq olmaz. Belə qərar veriblər, nə etmək olar? Hörmətlə yanaşmaq lazımdır, nəsə fikirləşiblər, gözləyirlər. Bilmədiyimiz çox şey var. Düşünüblər ki, vaxt azdır, bu dəqiqə çıxaracaq, kimi gətirək?”.

İsmayılov milli komandanı yerli baş məşqçinin çalışdırmasının tərəfdarı olduğunu da söyləyib:

“Mən həmişə yerlilərin tərəfdarı olmuşam. Futbolçu da, məşqçi də yerli olsun. Nə legioner futbolçular, nə də xarici məşqçilər milliyə xeyir verməyib deyə, düşünmüşük ki, azərbaycanlılar işləsin. Ancaq hansı qərarı verirlər, özləri bilir".

Mirbağırağa
 

Xəbər xətti