"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya klubundan ayrılmağa hazırlaşır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin xidmətində iki klub maraqlıdır.
"Çelsi" və PSJ Mourinyo ilə danışıqlara başlamaq istəyir. Mourinyonun "Roma"dan ayrılacağı təqdirdə, iki klubdan birinin təklifini dəyərləndirəcəyi gözlənilir.
"Zadəganlar" bir neçə gün əvvəl Qrem Potteri baş məşqçi postundan göndərib, Frank Lempardı isə müvəqqəti məşqçi təyin edib. Londonlular sabiq çalışdırıcısı olan Mourinyonu geri qaytarmaqda israrlıdır.
saytlarin hazirlanmasi