"Ora heç vaxt qalib gələ bilmədiyim stadiondur"

14:17 - 14 Aprel 2023

"Arsenal"ın hücumçusu Bukayo Saka Premyer Liqanın 30-cu turunun "Liverpul"la görüşdəki heç-heçəni (2:2) biabırçılıq adlandırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" bu oyunda üç xal qazana bilmədiklərinə görə məyusdurlar:

"Uşaqlar matçdan sonra çox məyus oldular, çünki hamımız qələbə qazanmaq istəyirdik. Amma biz bunu dəyişə bilmərik, ona görə də diqqətimizi “Vest Hem”lə oyuna yönəltməliyik. Bu, həqiqətən vacib olacaq, hamımız bilirik. Ona görə də çalışacağıq ki, əlimizdən gələni edək və üç xal qazanaq. "Liverpul"la oyunda qazandığımız bir xala görə sevindiyimi söyləmək fikrində deyiləm. Orada üç xalı götürmək istəyirdim. Alınmadığına görə üzüldüm. Ora heç vaxt qalib gələ bilmədiyim stadiondur. Ona görə  düşündüm ki, nəhayət, bunu etmək üçün yaxşı fürsət olacaq. Lakin yenə bacarmadıq, bu, biabırçılıqdır".

Xəbər xətti