"Sportinq"in yarımmüdafiəçisi Pedro Qonçalves İngiltərəyə köçməyə hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, bu futbolçu “Arsenal" və "Tottenhem"in əsas transfer hədəfidir.
Lissabon klubu futbolçunun hüquqlarının yalnız 50 faizinə sahibdir.
O, həm də “Famalikan” klubuna məxsusdur.24 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Famalikan”dan “Sportinq”ə keçib. “Vulverhempton”da da oynamış Pedro 2021-ci ildən Portuqaliya millisinin üzvüdür.
saytlarin hazirlanmasi