"İnter"in müdafiəçisi Alessandro Bastoni Premyer Liqada oynaya bilər.
Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, 24 yaşlı italiyalı "Mançester Yunayted" və "Mançester Siti"nin maraq dairəsindədir.
Mançester təmsilçiləri müdafiəçini yayda transfer etməyə çalışacaq.
Onun "İnter"lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
İtaliya millisinin üzvü "Atalanta", "Parma" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi