"Premyer Liqadan daha yaxşı, daha sərt və daha gərgin liqa yoxdur"

17:24 - 15 Aprel 2023

"Mançester Yunayted"də icarə əsasında çıxış edən "Bavariya"nın yarımmüdafiəçisi Marsel Sabitzer karyerasını İngiltərə klubunda davam etdirmək istədiyini etiraf edib.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, avstriyalı futbolçu İngiltərə Premyer Liqasının ən güclü olduğunu deyib:

"Mançester Yunayted"də mənə başa saldılar ki, yaya qədər buradayam, daha sonrası isə bəlli deyil. Amma o vaxta qədər əlimdən gələni etmək istəyirəm. Hazırda burada icarədə oynayıram. "Mançester Yunayted"də özümü tapmışam. İndi Premyer Liqanı tanıyıram və deyə bilərəm ki, bundan daha yaxşı, daha gərgin və daha sərt liqa yoxdur. Hər oyun mübarizə deməkdir. Dünyanın ən yaxşı liqasıdır. Burada bir dəfə oynayanda artıq başa düşürsən ki, heç bir liqa ilə müqayisə oluna bilməz. Əlbəttə, mən "Mançester Yunayted"də qalmağı planlaşdırıram. Xüsusən də, Erik ten Haqın etimadını qazanmışamsa. Ancaq burada qərar verən təkcə mən deyiləm".
 

Xəbər xətti