Millinin forvardı üçün mövsüm başa çatdı

20:51 - 15 Aprel 2023

"Vest Hem" və İtaliya millisinin hücumçusu Canluka Skamakka üçün mövsümü başa çatıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu dizindən əməliyyat olunub.

Forvardın mövsümün sonlarına yaxın komanda ilə məşqlərə qoşulacağı və yeni mövsümə hazır olacağı iddia edilir.

Canlukanın "Vest Hem"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

"Latsio" yetirməsi olan Skamakka PSV, “Sassuola”, “Kremoneze”, “Zvolle”, “Askoli”, “Cenoa” klublarında çıxış edib.

Xəbər xətti