"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne komandasının Premyer Liqada "Lester"ə qalib gəldiyi oyunda (3:1) məhsuldar ötürmə ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, bu, belçikalının ölkə çempionatındakı 101-ci məhsuldar ötürməsi kimi tarixə keçib.
O, ilk assistini 2013/2014 mövsümündə "Çelsi"də oynayarkən edib.
De Bruyne Premyer Liqa tarixində bir komandanın heyətində 100 effektli ötürmə verən ikinci futbolçu olub.
Birinci pillədə isə "Mançester Yunayted"in keçmiş futbolçusu Rayan Qiqqzdir. Uelsli 162 məhsuldar ötürmə ilə Premyer Liqanın bütün zamanların lideridir.
saytlarin hazirlanmasi