Keyn yeni baş məşqçini gözləyir

10:55 - 16 Aprel 2023

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir. 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu yeni baş məşqçinin gəlişini gözləyir.

London klubu Antonio Kontenin istefaya göndərdikdən sonra yeni baş məşqçini hələ ki açıqlamayıb.

Harri Keyn bu mövsüm meydana çıxdığı 42 oyunda 25 qol vurub və 4 məhsuldar ötürmə edib. İngilis futbolçunun adı “Bayern” və “Mançester Yunayted” ilə hallanır.

Xəbər xətti