Məşhur hücumçu ağır yol qəzasına düşdü

17:03 - 16 Aprel 2023

İtaliyanın "Latsio" klubunun hücumçusu Ciro İmmobile qəza keçirib.

Sportal.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Romada baş verib. 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvayla toqquşub.

Hadisə nəticəsində tramvay aşıb. İtaliya millisinin üzvü qəzada xəsarət almayıb. Tramvayın sürücüsü və 7 sərnişin yüngül xəsarətlər alıb.

Qeyd edək ki, Ciro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. Təcrübəli forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti