"İnter"də icarə əsasında çıxış edən "Çelsi"nin hücumçusu Romelu Lukaku mövsümün sonunda Milan komandasını tərk edəcək.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "nerazzura" rəhbərliyi belçikalının transfer hüququna yiyələnmək istəmir.
İtaliya klubu futbolçunun icarəsinə 20 milyon avro xərcləyib ki, onlar məbləğin forvardın keyfiyyətinə uyğun gəlmədiyini düşünür.
Milanlılar artıq yeni hücumçu axtarışına çıxıb. “İnter”in “Liverpul"un hücumçusu Roberto Firminyonu heyətinə qatmaq istədiyi iddialı edilir. Bununla yanaşı, onların transfer siyahısında “Tiqre”dən Mateo Reteqi və “Lans”dan Lois Opendanın adı var.
saytlarin hazirlanmasi