İspaniya millisinin sabiq baş məşqçisi İngiltərədə işləyəcək

11:30 - 18 Aprel 2023

"Barselona" və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərədə işləməyə yaxındır.

Sportal.az "Telegraph"a istinadən xəbər verir ki, "Tottenhem" ispan mütəxəssislə danışıqlar aparır.

Amma onların işi asan olmayacaq. Çünki "Çelsi" də Enrikeni baş məşqçi postuna təyin etmək istəyir. 

Martın sonunda "Tottenhem" Antonio Konteni istefaya göndərib və Kristian Stellinini mövsümün sonuna qədər müvəqqəti olaraq bu posta təyin edib.

52 yaşlı Luis Enrike 2022-ci ilin dekabrında İspaniya millisindən ayrıldıqdan sonra işsizdi. 2014-2017-ci illərdə "Barselona"nı çalışdırıb.

Xəbər xətti