Paytaxt klubu direktorunu istefaya göndərdi

13:09 - 18 Aprel 2023

"Roma"nın baş direktoru Pietro Berardini istefaya göndərilib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən futbol adamı transfer sövdələşmələrində maliyyə fırıldaqlarına görə istintaq altında olan yeddi keçmiş və indiki "Roma" menecerlərdən biridir.

İtaliya klubunun rəhbərliyi isə ondan şübhələndiyi üçün vəzifəsindən azad edib. 

Bu vəzifəyə "canavarlar"ın sabiq futbolçularından olan Antonio Kassanonun dəvət ediləcəyi ehtimal olunur.

Xəbər xətti