"Arsenal" "Vest Hem" və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysı transfer etməkdə maraqlıdır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "topçular" bunun üçün 80 milyon funt-sterlinq ödəməyə hazırdır.
London klubunun rəhbərliyi Mikel Artetaya lazımı şəraiti ayırmağı planlaşdırır.
Bu mövsüm Premyer Liqada çempionluq əldə edilməsə, "Arsenal" rəhbərliyi yayda heyəti gücləndirmək üçün daha çox vəsait ayıracaq.
saytlarin hazirlanmasi