"Roma" italiyalını baş məşqçi təyin edəcək

14:15 - 19 Aprel 2023

"Roma"da baş məşqçi dəyişikliyi olacaq.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "canavarlar" Joze Mourinyonun gedişindən sonra Antonio Konteyə güvənəcək.

PSJ rəhbərliyinin də baş məşqçi postuna gətirmək istədiyi italiyalı mütəxəssis bir müddət ölkədaxilində işləməyi planlaşdırır.

Ona görə də, onun yayda “Roma”nın baş məşqçisi təyin olunacağı gözlənilir.

Xəbər xətti