"Mançester Siti" norveçli hücumçusu Erlinq Haalanda yeni müqavilə təklif etməyi hazırlaşır.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, 22 yaşlı forvardın müqaviləsinə 2024-cü ilin yayında 169,5 milyon avroya komandadan ayrılmasına icazə verən bənd var.
Təbii ki, həm klub, həm də futbolçu istəyərsə, bu keçid baş verə bilər. Gənc hücumçunun "şəhərlilər"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
Norveçli bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında bu mövsüm yeddi oyuna 11 qol vurub, bir məhsuldar ötürmə edən Haalandın komandasını dəyişmək istəmədiyi bildirilir.
saytlarin hazirlanmasi