İtaliyanın "Milan" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki. A Serisyasının son çempionu Olivye Jirunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı hücumçu 2024-cü ilin yayınadək komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Milan" Olivye Jirunu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. Fransa millisinin sabiq üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi