"Milan" qolkiperi Mayk Menyanla müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, “rossonyerlər” qolkiperin xidmətində bir çox komandanın maraqlı olmasını nəzərə alaraq, onunla indidən yeni müqavilə haqda danışıqlara başlayıb.
İtaliya klubunun rəhbərliyi fransalıya illik 5 milyon avro maaş təklif edib.
Menyanın “Milan”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq. PSJ yetirməsi olan Mayk 2021-ci ildə “Lill”dən “Milan”a keçib.
saytlarin hazirlanmasi