PSJ İtaliya millisinin üzvünü transfer etmək istəyir

16:16 - 20 Aprel 2023

PSJ "İnter"in italiyalı yarımmüdafiəçisi Nikolo Barellanı transfer etməkdə maraqlıdır.

Sportal.az "90 min" portalına istinadən xəbər verir ki, İtaliya millisinin üzvü də Parisə köçməyə razıdır. Amma bu, PSJ-nin "İnter"ə edəcəyi təklifdən asılı olacaq.

PSJ təzminatının bir hissəsi kimi hazırda icarə əsasında "Yuventus"da çıxış edən Leandro Paredesi təklif edəcək.

Barella "Liverpul", "Çelsi" və "Mançester Siti"nin transfer siyahısındadır. 

26 yaşlı Barella bu mövsüm "İnter"in heyətində 41 oyuna çıxıb, 8 qol vurub və 8 assist edib. Onun komanda ilə müqaviləsi 2026-cı ilə qədərdir. 
 

Xəbər xətti