Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, Şimali Makedoniya U-17 komandası ilə qarşılaşan millimiz qələbə qazanıb – 2:1. Yığmamızın qollarını oyunun 89-cu və 90+3-cü dəqiqlərində Röyal Fərzullazadə vurub.
Bu komandalar arasında aprelin 18-də keçirilmiş ilk oyun da futbolçularımızın qələbəsi ilə (1:0) yekunlaşmışdı.
saytlarin hazirlanmasi