“Vest Hem” rəhbərliyi baş məşqçi postunda dəyişiklik etmək istəyir.
Sportal.az “The Guardian”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Paulo Fonsekanı baş məşqçi postunda görmək istəyir.
2019-cu ildən komandaya rəhbərlik edən Devid Moyeslə mövsümün sonunda yollar ayrılacaq. Hazırda turnir cədvəlinin 15-ci pilləsində olan “Vest Hem” indidən Fonseka ilə danışıqlara başlayıb.
Adıçəkilən məşqçi hazırda Fransa Liqa 1-də 5-ci pillədə qərarlaşan "Lill"ini çalışdırır.
Portuqaliyalı mütəxəssis daha əvvəl "Porto", "Pakoş de Ferreyra", "Braqa", "Roma", "Şaxtyor" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi