"İnter" 3 xalı 3 qolla qazandı - VİDEO

18:05 - 23 Aprel 2023

İtaliya A Seriyasında 31-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün "İnter" səfərdə "Empoli"nin qonağı olub. Qarşılaşma Milan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 54-ə yüksəldən "İnter" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 32 xal olan "Empoli" isə 15-ci yerdədir.

"Empoli" - "İnter" 0:3

Qollar: Romelu Lukaku, 48, 76, Lautaro martines, 88

Xəbər xətti