"Bayer"in (Leverkuzen) çalışdırıcısı Xabi Alonso İngiltərə Premyer Liqasında işləməyə yaxındır.
Sportal.az "Mirror"a istinadən xəbər verir ki, ispaniyalıya "Vest Hem"dən təklif gəlib.
London klubunun rəhbərliyi Devid Moyeslə yolları ayıraraq bu posta Alonsonu gətirmək niyyətindədir.
Artıq tərəflər arasında danışıqlar başlayıb. Onun mövsümün sonunda "Vest Hem"in baş məşqçisi təyin olunacağı gözlənilir.
"Vest Hem" hazırda İngiltərə Premyer Liqasında 34 xalla 13-cü pillədədir.
saytlarin hazirlanmasi