"Milan"ın hücumçusu yenidən zədələndi

14:31 - 24 Aprel 2023

"Milan"ın forvardı Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun "Leççe" ilə görüşündə (2:0) yenidən zədələnib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, isveçli hücumçu oyunöncəsi isinmə hərəkətləri zamanı baldır əzələsini dartıb.

Buna görə də, forvard meydana çıxmayıb. İki gün öncə 41 yaşlı futbolçunun zədəsini bərpa etdiyi və meydana çıxmağa hazır olduğu bildirilirdi. Onun nə zaman məşqlərə başlayacağı dəqiq deyil.

Xəbər xətti