"İnter"in vitse-prezidenti, argentinalı sabiq futbolçu Xavyer Zanetti Azərbaycana gəlir.
Sportal.az xəbər verir ki, veteran müdafiəçi bu barədə öz instaqram səhifəsində məlumat verib. Argentina millisinin və "İnter"in sabiq üzvü Milan təmsilçisinin Gürcüstan, Ermənistan və Azərbaycanda yerləşən akademiyalarına baş çəkəcək.
Qeyd edək ki, Xavyer Zanetti 1995-2014-cü illərdə "İnter"də çıxış edib. O, Argentina milli komandasının heyətində 145 oyun keçirib.
saytlarin hazirlanmasi