"Arsenal"ın futbolçusu "Mançester Siti"yə qarşı oynamayacaq

16:28 - 24 Aprel 2023

"Arsenal" İngiltərə Premyer Liqasının 33-cü turunun "Mançester Siti" ilə oyununa ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Vilyam Saliba vacib matçda komandasına kömək edə bilməyəcək. Zədəsi olan 22 yaşlı futbolçunun bir həftə sonra "Çelsi"yə qarşı da oynamaq ehtimalı azdır.

Qeyd edək ki, "Arsenal" aprelin 26-da "Mançester Siti"nin qonağı olacaq, mayın 2-də isə doğma meydanda "Çelsi"ni qəbul edəcək.

Xəbər xətti