"Latsio" aparıcı oyunçularından olan Daniel Kataldini komandada saxlayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" yarımmüdafiəçi ilə müqavilə müddətini uzadıb.
Yeni müqaviləyə əsasən 28 yaşlı futbolçu 2027-ci ilə qədər "Latsio"ya məxsus olacaq.
Kataldi 2013-cü ilin yayından "Latsio"da çıxış edir. O, bu mövsüm 37 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Latsio” yetirməsi olan Kataldi “Kroton”, “Cenoa”, “Benevento”da çıxış edib.
saytlarin hazirlanmasi