"O, "Mançester Siti"dən "qisas" almaq istəyir"

15:34 - 25 Aprel 2023

"Arsenal"ın və "Mançester Siti"nin keçmiş futbolçusu Kolo Ture adıçəkilən klubların Premyer Liqadakı çempionluq mübarizəsindən danışıb.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, afrikalı veteran futbolçu London klubunun üzvləri Aleksandr Zinçenko və Qabriel Jezusun "şəhərlilər"ə onları əbəs yerə komandadan göndərdiyini sübut etməyə çalışacaqlarını söyləyib:

"Zinçenko və Jezus "Mançester Siti"ni incitmək, onları buraxmaqla nə qədər səhv etdiklərini göstərmək istəyən oyunçulardır. Braziliyalı forvard Erlinq Haalanda baxaraq “mənim əvəzimə bu cür forvardı alıblar, fantastik oyunçu olsa da, mən onlara sübut edəcəm” deyə, düşünə bilər. Zinçenkonun da eyni cür düşünməsi normaldır. Yəni ukraynalının “siz mənə qiymət vermədiz, artıq olduğumu düşündünüz, amma mən sizə göstərəcəm ki, mən sizin oyunçularınızdan daha yaxşıyam"  kimi düşüncələri ola bilər. Onlar bütün gücünü meydanda qoyacaq. Zinçenko həmişə komandanı bir araya gətirən biridir, çünki “Mançester Siti”dən “qisas” almaq istəyir".

42 yaşlı veteran futbolçu “Mimosas”(1999-2002), “Arsenal”(2002-2009), “Mançester Siti” (2009-2013), “Liverpul”(2013-2016), “Seltik”(2016-2017) klublarında oynayıb. Ture 2022-2023-cü illərdə isə “Viqan”da məşqçi kimi çalışıb.

Xəbər xətti