İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Ris Ceyms sıradan çıxıb. Bu barədə Premyer Liqa klubunun baş məşqçisi Frenk Lempard məlumat verib. 23 yaşlı sağ cinah müdafiəçisi zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Ris Ceyms "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi