“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço böyük ehtimalla iyunun 3-də "Mançester Siti" ilə keçiriləcək İngiltərə Kubokunun final görüşünü buraxacaq.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, gənc futbolçu “qırmızı şeytanlar”dan onu Argentina yığmasının heyətində oynamalı olduğu U-20 dünya çempionatına buraxmalarını istəyib.
İngiltərə klubunun rəhbərliyi isə hələ ki, Qaranaçoya konkret cavab verməyib.
Xatırladaq ki, U-20 yığmalarının dünya çempionatı Argentinada keçiriləcək. Turnirə mayın 20-də start veriləcək.
saytlarin hazirlanmasi