"Yuventus"un hücumçusu Duşan Vlahoviç İtaliya kubokunun yarımfinal mərhələsinin "İnter"ə qarşı keçiriləcək cavab matçını buraxacaq.
Sportal.az xəbər verir ki, bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri bildirib.
O, dünən oyunöncəsi keçirilən məşqdə topuğundan zədələnib. İtaliyalı mütəxəssis serbiyalı forvardın bu gün keçiriləcək matçda oynamayacağını deyib.
"İnter" - "Yuventus" matçı bu gün 23:00-da keçiriləcək. Xatırladaq ki, tərəflərin Turində baş tutmuş oyunu 1:1 hesabı ilə yekunlaşıb.
saytlarin hazirlanmasi