"Mançester Siti"nin müdafiəçisi Natan Ake Premyer Liqanın 33-cü turunun "Arsenal"la oyununda iştirak edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib: "Ümid edirəm ki, Natan tezliklə qayıdacaq. Amma "Arsenal"la matçda oynamağa hazır deyil. Ona münasib əvəzedici tapacağıq, buna heç bir şübhə yoxdur".
Niderlandlı futbolçu ötən həftə Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab matçının ikinci yarısında bud nahiyəsindən zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Futbolçu aprelin 22-də İngiltərə kubokunun "Şeffild Yunayted"lə (3:0) görüşündə də iştirak etməmişdi.
"Mançester Siti" – “Arsenal” matçı aprelin 26-da baş tutacaq və 23:00 da başlanacaq.