"Mançester Yunayted" "Dinamo" və Xorvatiya millisinin qolkiperi Dominik Livakoviçlə maraqlanır.
Sportal.az "Sportske Jutarnji"yə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 10 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
İngiltərə klubu David De Xea ilə də yeni müqavilə haqda danışıqlar aparır. “Mançester Yunayted”dən başqa, "Vilyarreal", "Real Sosyedad" və "Qalatasaray" da Livakoviçə transfer etməkdə iddialıdır.
"Nottingem Forest" və "Lester" də xorvatiyalı futbolçunu heyətinə qatmaq uğrunda mübarizə aparır.
saytlarin hazirlanmasi