Yığmamızın müdafiəçisi Azərbaycan klubuna transfer ola bilər

15:43 - 27 Aprel 2023

Azərbaycanın U-21 yığmasının və “Isparta 32 Spor”un müdafiəçisi Samet Karakoç yenidən ölkəmizə qayıda bilər.

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı futbolçunun xidmətində maraqlı olan Premyer Liqa klublarımız var.

Onların arasında yer alan komandalardan biri “Səbail”dir. Belə ki, Bayıl təmsilçisi yüksək liqadakı yerini qoruyub-saxlayarsa, Samet üçün hərəkətə keçəcək.

Lakin onu istəyən tək klub da “Səbail” deyil. “Isparta 32 Spor”la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq Karakoçun yeni mövsümə Azərbaycanda, yoxsa Türkiyədə başlayacağı hələ ki, dəqiq deyil.

“Bayrampaşaspor”un yetirməsi olan yığmamızın üzvü 2022-ci ildə “Qəbələ”yə keçsə də, oradakı karyerası uğurlu alınmamışdı. Buna görə də, futbolçu sonradan Türkiyəyə qayıdaraq hazırkı klubu ilə müqavilə imzalamışdı.

Xəbər xətti