"Qəbələ"nin sabiq baş məşqçisi Erlinq Holand haqda: "Onun qarşısını almaq mənim üçün asan olardı"

14:44 - 27 Aprel 2023

"Arsenal"ın əfsanəvi futbolçulardan hesab edilən Toni Adams "Mançester Siti"nin hücumçusu Erlinq Holand haqda danışıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Qəbələ"nin sabiq baş məşqçisi norveçlinin qarşısını almağın asan olduğunu deyib: 

"Holand? Ona qarşı oynamaq istəyərdim. Bu futbolçuya qarşı oynamaq mənim üçün bir fincan çay içmək kimi olardı. Yəni, onun qarşısını almaq mənim üçün çox asan alınardı. Əvvəllər Alan Şirerə qarşı oynamaqdan həzz aldığım kimi Holanda qarşı oynamaqdan da həzz alardım. Onun kimi forvardla qarşılaşdığınız zaman topla işləməyə məcbur etmək lazımdır ki, yorulsun. Dünyada ən yaxşı müdafiə topu ələ keçirməkdir. Holandın qarşısını almaq mənim üçün çətin olmazdı".

Toni Adams 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdırıb.

Xəbər xətti