"Milan"ın futbolçusu Rafael Leao gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı vinger İtaliya klubunda qalacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi "Real" və "Çelsi"nin təklifini qəbul etməyib.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 41 matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.