17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Yunanıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız əvvəlki görüşlərdə Ukraynaya (0:4) və Rumıniyaya (0:4) məğlub olmuşdu.
saytlarin hazirlanmasi