İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Alexandro Qarnaçonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı yarımmüdafiəçi 2028-ci ilin yayına kimi "qırmızı şeytanlar"a məxsus olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin yayında Madrid "Atletiko"sunun akademiyasından transfer edib. 18 yaşlı vinger cari mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi