"Premyer Liqada çempion olmaq ÇL-i qazanmaq qədər uğurdur"

21:31 - 28 Aprel 2023

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real” haqda düşündüyünü, lakin bütün diqqətini Premyer Liqanın qarşıdakı oyunlarına yönəltdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, “Marca”ya danışan ispaniyalı mütəxəssis onlar üçün Premyer Liqanın da Çempionlar Liqası qədər vacib olduğunu deyib:

“Mən hələ “Real” haqda düşünmürəm. Mənim bir fikrim var, amma adətən növbəti oyun barədə düşünürəm və hazırda hansısa matçı prioritetləşdirməyə vaxtımız yoxdur. Premyer Liqada çempion olmaq Çempionlar Liqasını qazanmaq qədər uğurdur. Ona görə də hazırda diqqətimi “Fulhem”  sonra “Vest Hem”, daha sonra “Lids” oyununa cəmləynəcək. Yalnız bundan sonra “Real”la matça hərtərəfli hazırlaşacağıq.

Son matçın nəticəsindən və keçirdiyimiz oyundan çox razıyıq. Bilirəm ki, 20 yox, cəmi yeddi oyun qalıb. Hamısı da vacibdir. Üstəlik, onların arasında Çempionlar Liqasının oyunları da var”.

Xatırladaq ki, “şəhərlilər” Premyer Liqanın lideri “Arsenal”la son oyunda (4:1) böyükhesablı qələbə qazanıb. Qvardiolanın rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının 1/2 final mərhələsinin "Real"la ilk oyunu mayın 9-da keçiriləcək.

Xəbər xətti