"Yuventus" Massimiliano Alleqri ilə bağlı qərar qəbul edib.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" İtaliyada mütəmadi olaraq tənqid edilən Alleqrini istefaya göndərmək fikrində deyil.
Turin klubu müqaviləsi 2025-ci ilə qədər qüvvədə olan 55 yaşlı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə son qoyub.
Klub rəhbərliyi komandanın Avropa Liqasının yarımfinalına yüksəlməsindən və A seriyasındakı durumundan razıdır.
saytlarin hazirlanmasi