"Borussiya" sabiq futbolçusu, hazırda "Mançester Yunayted"də çıxış edən Ceydon Sançonu icarə əsasında geri qaytarmaq istəyir.
Sportal.az "Suddeutsche Zeitung"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Mançester klubunda problemlər yaşadığı üçün ən qısa zamanda "Borussiya"ya qayıtmağı planlaşdırır.
Dortmund klubunun Sançonu 2023/2024 mövsümü üçün icarəyə götürəcəyi gözlənilir.
İngilis futbolçu 2017-2021-ci illərdə “Borussiya”nun futbolçusu olub. İki il əvvəl “Mançester Yunayted” onun transferi üçün 85 milyon avro ödəyib.