Zlatan İbrahimoviç İtaliyada klubunu dəyişir

15:35 - 29 Aprel 2023

"Milan"ının isveçli hücumçusu Zlatan İbrahimoviç komandasını dəyişə bilər.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, isveçli forvardın "Montsa"ya keçmək variantı yaranıb.

İbrahimoviç özü "Milan"la müqavilə müddətini daha bir mövsüm uzatmaq istəyir.

Lakin “rossonyerlər”in isveçlinin komandadakı gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Əgər "Milan" İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlsə, o zaman "Montsa" hücumçunu transfer etməyə çalışacaq.

Xəbər xətti