"Nitsa"nın 23 yaşlı müdafiəçisi Jan-Kler Todibo ilə İngiltərə və İtaliyanın bir sıra aparıcı klubları maraqlanır.
Sportal.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Fransa təmsilçisi adıçəkilən futbolçunun satışından yaxşı pul qazanmağı planlaşdırır.
Todibonu transfer etməyə hazır olan komandalar “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl”, “Napoli” və “Yuventus”dur. Bu klubların hamısı bir neçə aydır ki, futbolçunun meneceri ilə danışıq aparır. 30 milyon avronu ödəyəcək komanda futbolçunu heyətinə qatacaq.
Müdafiəçinin "Nitsa" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
23 yaşlı futbolçu “Tuluza”, “Barselona”, “Şalke”, “Benfika” klublarında oynadıqdan sonra 2021-ci ildə “Nitsa”ya keçib.
saytlarin hazirlanmasi