İngiltərə Premyer Liqasında 33-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Fulhem"in qonağı olub. Qarşılaşma Pep Qvardiolanın yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 76-ya çatdıran "Mançester Siti" Premyer Liqada turnir cədvəlinin zirvəsinə yüksəlib. "Fulhem" isə 45 xalla 10-cu yerdədir.
"Fulhem" - "Mançester Siti" 1:2
Qollar: Karlos Vinisius, 15 - Erlinq Haaland, 3 (pen), Julian Alvares, 36
saytlarin hazirlanmasi